Gürcüstanda dövlət çevrilişinə hazırlıqla bağlı planlar olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar.
Onlar sabiq dövlət başçısının xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi halda, yolları bağlamaq, xaos və nəzarət olunmayacaq vəziyyət yaratmaq barədə düşünüblər.
Bizim.Media