Paşinyan Koçaryanın ittihamlarına cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edib.

Bizim.Media-nın məlumatına görə, Paşinyan Ermənistanın bütün uğursuzluqlarında onu günahlandıran keçmiş prezident Robert Koçaryanın dediklərinə cavab verib.

“Qarabağ müharibəsindəki uğursuzluqlarımızın məsuliyyətini öz üzərimə götürdükdən sonra, Ermənistanda maraqlı bir proses başlayıb. Hər kəs son 25-30 il ərzində etdiyimiz bütün səhvlər üçün məni, hazırkı hökuməti günahlandırmağa tələsir”,- deyə o, bildirib.

Paşinyanın sözlərinə görə, iş o yerə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxarıb, müzakirələri Ermənistan və Azərbaycan arasındakı dialoqa endirən şəxs, Qarabağ münaqişəsinə ərazi mübahisəsi kimi baxılmağa başlanmasına görə bizi günahlandırır.

“Münaqişənin bu cür bitməsini, Ermənistan diplomatiyasının uğursuzluğu kimi qələmə verməyə çalışırlar. Guya indiyə qədər hansı danışıqların nəticəsi olub? Siz Madrid Prinsiplərini uğur sayırsınız?

Şərtləri nə idi onların? Biz Qarabağ ətrafında olan 7 rayonu Azərbaycana qaytarmalı idik və Qarabağ muxtariyyəti ancaq Azərbaycanın razılığı ilə əldə edə bilərdi.

Sizcə, bu uğur idi? Zamanında bütün uğursuz danışıqları aparanlar indi bizi günahlandırırlar”,- deyə o, bildirib.

Müraciətində baş nazir Ermənistan Rusiaya münasibətlərinin gərginləşməsindən də söz açıb.

“Düzdür, hazırda bizim Rusiya ilə münasibətlərimiz gərgindir. Əgər siz belə güclü diplomat idiniz, bəs niyə sizin hakimiyyətiniz dövründə rus dostlarınız Qarabağ məsələsini gündəmdən çıxarıb, onunla bağlı bir razılaşmaya gəlmədi?

Elədirsə niyə Azərbaycan 2016-cı ildə başlatdığı aprel döyüşlərinə görə cəzalandırılmadı?

Ona öz ərazisində müharibə apardığına görə haqq qazandırdılar. Siz də danışıqlarda bununla razılaşdınız. Özünü güclü siyasətçi sayanlar indi bizə dərs öyrədirlər”.

Paşinyan Qarabağ müharibəsinə Türkiyəni müdaxilə etdiyi üçün onu günahlandıranlara da cavab verib.

“Türkiyənin Qarabağ məsələsində iştirakında biz günahlandırılırıq.  Amma Türkiyə, erməni diplomatiyasının uğursuzluğu nəticəsində Azərbaycan əraziləri işğal olunduğu müddətdə Ermənistanla əlaqələr qurmayacağını açıqladığı zaman Qarabağ məsələsinə qarışdı.

Bu məsələ 10 il bundan əvvəl baş verib”,- deyə o, bildirib.

Paşinyan Robert Koçaryanın digər ittihamlarına da cavab verib.

“Deyirsiz, Qarabağ səmadan müdafiə olunmalı idi. Biz 42 milyon dəyərində müdafiə sistemi almışdıq, ancaq proses zamanı onun çalışmadığı məlum oldu.

Daha sonra orduda güclü texnikanın olmamasında tənqid olunuruq. Biz bunu 2 ilə edə bilməzdik.

Yaxşı, bəs siz, bunu 15-20 ildə niyə etməmişdiniz? Niyə hərbçilərin məvacibini artırmamışdınız? Orduya lazım olan avadanlığı əldə etməmişdiniz? Biz bacardığımızı 2.5 il müddətinə etmişdik. Bilirsiz niyə, çünki siz xarici banklara pul daşımaqla, elit yerlərdə villalar tikməklə məşğul idiniz”.

Sonda o, müharibə zamanı boş şayiələr yayaraq, ölkədə hakimiyyəti ələ almağa çalışan qüvvələrdən də danışıb.

“Bu tamamilə ümidsiz müharibə deyildi. Bəs niyə bacarmadıq? Cəbhə bölgəsindən gələn əsgərlər müharibənin ilk günlərindən cəbhədə olan bəzi insanların torpaqların guya satıldığını, bunun mənim etdiyimi və müharibənin mənasız olduğu barədə şayiələr yaydıqlarını deyirlər. Bununla da onlar bəzi qüvvələr ölkəyə müdaxilə edib, nələrsə əldə etmək istəyirdilər”,- deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Kanal 5”ə verdiyi müsahibəsində  müharibədəki uğursuzluqlarda baş nazir Nikol Paşinyanı günahlandırıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

End of content

No more pages to load

RADİO