Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycanla əsirlərin mübadiləsində “hamının hamıya” prinsipi üzrə razılığa gəlinib.
Bizim.Media-nın məlumatına görə, bununla bağlı Erməniztanın Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlama verib.
O, əsirlərin mübadiləsi məsələsində irəliləyişlərin olduğunu söyləyib.
Onun sözlərinə görə, söhbət həm Qarabağdakı münaqişənin son gərginləşməsi zamanı, həm də ondan əvvəl əsir düşənlərdən gedir.
Paşinyan 9 noyabrdan bəri 600-dən çox hərbçinin cəsədinin münaqişə zonasından çıxarıldığını, 500 cəsədin şəxsiyyətini müəyyənləşdirmə mərhələsində olduğunu söyləyib.
"Yüksək ehtimalla bunların itkin düşmüş hərbçilərin cəsədləri olduğunu söyləyə bilərik. Şəxsiyyətin müəyyənləşdirilməsi DNT testləri üzrə həyata keçirilir. Bu günə qədər 135 cəsədin şəxsiyyəti müəyyənləşdirilərək yaxınlarına təhvil verilib”.
Bizim.Media