"Ermənistanla münasibətlərə dair atdığımız addımları Azərbaycanla məsləhətləşməklə müəyyən edirik. Füzuli səfəri çərçivəsində də bu istiqamətdə müzakirələr apardıq. Ermənistan tərəfindən də önəmli mesajlar gəlib".
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” telekanalının hazırladığı xüsusi proqramdakı çıxışında deyib.
Ermənistanın atdığı addımlara Azərbaycan və Türkiyənin məsləhətləşərək qarşılıq verdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, artıq müharibə bitib və sülh sazişi imzalanmalıdır.
“Qəbul edəcəyimiz qərarları, atacağımız birgə addımları hər kəs qəbul etməlidir. Ermənistan da artıq bunları qəbul edir”, - deyə Çavuşoğlu qeyd edib.
Bizim.Media