"Ölkələr hər şeydə razılığa gələ bilməz və hər hansı bir dövlətə münasibətlərdə fərqli mövqelər olacaq".
Bizim.Media bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Aralıq dənizi: Roma Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı bildirib.
"Türkiyə ilə heç bir əsaslı fikir ayrılığımız yoxdur. Əminəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər öz siyasətini reallaşdırmaq üçün iki müstəqil ölkənin birlikdə necə çalışdığına nümunədir".
"Onlar heç kim qarşısında əyilmirlər, ultimatum irəli sürmürlər, kənardan təsirlərə məruz qalmırlar. Odur ki, Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç də maneə deyil”,- deyə Lavrov qeyd edib".
Bizim.Media