Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında regionun iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, bu, Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.
"Ermənistanın ətrafında əlverişli mühit yaratmaq üçün bölgədəki düşmənçilik atmosferini aradan qaldırmaq, danışıqlar prosesini bərpa etmək, Qarabağ problemini həll etmək, regional iqtisadi və nəqliyyat infrastrukturunu açmaq lazımdır”, deyə Paşinyan qeyd edib.
O, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasını regional təhlükəsizliyi artıran amil adlandırıb.
Bizim.Media