Ermənistan tərəfi indiyədək axtarış nəticəsində 693 hərbçisinin meyitini aşkarlayaraq götürüb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Qarabağ separatçılarının nümayəndəsi Unan Tadevosyan məlumat verib.
Qeyd edilib ki, axtarışlar davam edir və cəsəd mübadiləsi mütəmadi olaraq həyata keçirilir. Tadevosyan axtarışlar zamanı yalnız bir nəfərin Şuşada sağ tapıldığını deyib.
O bildirib ki, hələ Zəngilan, Füzuli, Cəbrayıl, Hadrutun cənub bölgələrində axtarış aparılmır.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan tərəfi ilə danışıqlar davam edir. Yüksək vəzifəli rus zabitlərinin iştirakı ilə əsirlərin mübadiləsinə dair danışıqlar aparılır, lakin hələ nəticə yoxdur.
Bizim.Media