Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixeil Saakaşvilinin məhv ediləcəyi ilə bağlı mətbuatda yayılan məlumatı “cəfəngiyyat” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.
Mənbə yazır ki, o, bunun seçkilərin ikinci turunun yaxınlaşması ilə bağlı olduğunu vurğulayıb.
“Bu, Saakaşvilinin “üsuludur” və növbəti çirkin təxribatdır... Mən əhalini sakit olmağa çağırıram. Qoy bu cəfəngiyyatlara sakitcə qulaq assınlar”, - Qaribaşvili bildirib.
Bizim.Media