Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennettlə görüşü mənalı və məhsuldar adlandırıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş oktyabrın 22-də Rusiya prezidentinin Soçidəki “Boçarov Ruçey” iqamətgahında baş tutub.
Danışıqların rəsmi hissəsindən sonra ölkə liderləri iqamətgahın ərazisində gəzərək təmiz havada söhbət ediblər.
Putin Bennetlə eyvanda vidalaşaraq, "Çox sağ olun, şad oldum. Məncə, mənalı və məhsuldar görüş oldu" deyib. Görüntülər "Rossiya 1" kanalında "Moskva. Kreml. Putin" verilişinin efirində nümayiş etdirilib.
Bennett Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə hökumət başçısı kimi ilk rəsmi səfəri üçün cümə günü səhər tezdən Soçiyə uçub.
Səfər oktyabrın 18-də iki ölkə arasında tamhüquqlu diplomatik münasibətlərin bərpasının 30-cu ildönümünə həsr olunub.
Bizim.Media