Gürcüstanın keçmiş prezidenti, hazırda Gürcüstanda həbs edilən Mixeil Saakaşviliyə axşam saatlarında qan köçürülüb və səhhəti stabilləşib.
Bizim.Media İnterfaksa istinadən xəbər verir ki, bu barədə onun həkimi Nikoloz Kipşidze jurnalistlərə açıqlamasında bildirib.
“Saakaşvilinin qan testinin parametrlərindən biri pis idi, buna görə də yerli həbsxana həkimləri və təcili yardım qrupu mənə qanköçürmədə kömək etdi və bundan sonra Saakaşvilinin vəziyyəti sabitləşdi”.
N.Kipşidze açıqlamasında həmçinin Saakaşvilini həkim nəzarəti altında təcili şəhər klinikasına köçürülməsinin vacibliyini də vurğulayıb.
“İndi Saakaşvilinin səhhəti nisbətən daha yaxşıdır”.
Bizim.Media