Türkiyənin Elazığ şəhərinin Baskil ilçəsində sərnişin qatarı ilə avtomobil toqquşub.
Bizim.Media xəbər verir ki, qəza nəzarətsiz dəmir yolu keçidində baş verib.
Məlumata görə, insident nəticəsində avtomobildə olan 2 nəfər xəsarət alıb.
Əraziyə təcili yardım briqadası cəlb edilib.
Bizim.Media