Zəngəzurun Ağdağ yüksəkliyində Azərbaycanın hərbi varlığı bir daha təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azadlıq Radiosu”nun erməni xidməti yayıb.
Hazırlanan reportajda bildirilir ki, Qafan, həm də qonşu kəndlər üçün strateji əhəmiyyətə malik yüksəklikdə Azərbaycan ordusu yeni mövqelər qurub.
Xidmətin kameraları həmin yüksəklikdə Ermənistan və Azərbaycanın bayraqları ilə yanaşı Rusiya bayrağının da olduğunu qeydə alıb.
Bizim.Media
