Fransa parlamenti Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul edib.
Bizim.Media xarici KİV-ə istinadən bildirir ki, Fransa parlamentinin aşağı palatası tərəfindən qərarın lehinə 188, əleyhinə isə 3 səs toplanıb.
Qərar Fransa hökümətinə tövsiyə xarakteri daşısa da Qətnamənin bugünkü müzakirəsində Fransa xarici işlər naziri Jan iv Lö Drian Dağlıq Qarabağın müstəqilliyinin tanınması müzakirəsinin faydalı olmadığını bildirib.
Qeyd edək ki, 25 noyabrda Fransa Senatı ölkə hökümətini Qarabağımn müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib.
Bizim.Media