Həmsədr ölkələr Qarabağa dair birgə bəyanat yaydı

ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ATƏT Nazirlər Şurasının iclası çərçivəsində birgə bəyanat yayıb.

Bizim.Media bildirir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibinin birinci müavini Stefen Biqan və Fransanın Avropa və Xarici İşlər naziri Jan İv le-Drien Azərbaycan Respublikası Prezidenti, Ermənistan Baş Naziri və Rusiya Prezidentinin 2020-ci il 10 noyabr tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi ərazisində hərbi əməliyyatların dayandırılmasını alqışlayıblar.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə əvvəlki atəşkəs öhdəliklərində olduğu kimi, noyabrın 10-da qəbul olunan bəyanata uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır.

Həmsədr ölkələr Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla razılığa gələrək hərbi əməliyyatların yenidən başlanmamasına zəmanət vermək üçün gördüyü tədbirlərin əhəmiyyətini vurğulayırlar. Ayrıca, bütün xarici muzdluların bölgəni tam və sürətli şəkildə tərk etmələrini tələb edir, bütün tərəfləri bu gedişi asanlaşdırmağa səsləyir.

Həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərini, xüsusən də hərbi əsirlərin mübadiləsi və cəsədlərin qaytarılması ilə bağlı öhdəliklərini xatırladır.

Son döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsinin vacibliyini vurğulayırlar.

Onlar Dağlıq Qarabağda və onun ətrafında tarixi və dini irsin qorunmasının vacibliyini vurğulayırlar. Həmsədr ölkələr Azərbaycan və Ermənistanı bu sahədəki öhdəliklərini yerinə yetirmək və humanitar girişi təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırır.

Bu ölkələr BQXK, BMT təsisatlarına və digər müvafiq strukturlara, eləcə də ATƏT-in Minsk Qrupunun ayrı-ayrı ölkələri də daxil olmaqla beynəlxalq birliyə Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün koordinasiyalı şəkildə konkret addımların atılması üçün müraciət edir.

Həmsədr ölkələr, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının davamlı işinə güclü dəstək verdiklərini bir daha bəyan edirlər.

Onlar Ermənistanı və Azərbaycanı həmsədrlərin himayəsi altında davamlı və dayanıqlı sülh razılaşması üçün mövcud atəşkəsdən istifadə etməyə çağırır. Bu kontekstdə həmsədr ölkələr tərəfləri həmsədrləri fürsət yaranan kimi ən tez zamanda bölgədə qəbul etməyə və həll olunmamış bütün məsələlərin razılaşdırılmış cədvələ uyğun olaraq həll edilməsi üçün substantiv danışıqlara başlamağa çağırır.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri mübahisələri həll etmək üçün güc tətbiq edilməməsi və ya təhdid edilməməsinə dair götürdükləri qətiyyətli öhdəlikləri xatırladır.

Bəyanat müəllifləri münaqişənin qalan bütün əsas substantiv məsələlərinin həm Ermənistan, həm də Azərbaycanın yaxşı bildiyi əsas prinsip və elementlərə uyğun olaraq danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həlli üçün ardıcıl və vahid mövqelərini bir daha vurğulayıb. Həmsədr ölkələr bölgədə sülhü, sabitliyi və rifahı təşviq etmək üçün uzun illərdir davam edən səylərinə uyğun olaraq bu hədəfi reallaşdırmağa sadiq qalır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

End of content

No more pages to load

RADİO