Ermənistanın Xndzoresk kəndinin sakini Azərbaycanın yol polisi tərəfindən cərimələnib.
Bizim.Media xəbər verir ki, bu barədə “Yerevan.Today” saytı məlumat yayıb. Qeyd olunub ki, Vartan Syunes idarə etdiyi avtomobillə Gorus-Qafan yolunun Azərbaycan hissəsindən keçən zaman yol-hərəkət qaydasını pozub:
“Azərbaycanın yol polisi əməkdaşı tərəfindən cərimə protokolu yazılıb. Ermənistan vətəndaşı cəriməni necə ödəyəcəyini bilmir.
Azərbaycanlılar ona bildiriblər ki, cərimə ödənilmədiyi halda avtomobili cərimə meydançasına aparılacaq. Kənd sakini həmin yoldan bir daha keçməkdən çəkinir”.
Bizim.Media