Türkiyədə ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Haber Global” telekanalı yayıb.
Mənbə yazır ki, Şanlıurfa əyalətinin Akçakala rayonunda baş verən hadisə zamanı mikroavtobus qarşıdan gələn avtomobillə toqquşub və xəndəyə yuvarlanıb.
Xəsarət alan 10 müəllim Akçakala Dövlət Xəstəxanasına çatdırılıb. Vəziyyətlərinin qənaətbəxş olduğu deyilir.
Bizim.Media