Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan Parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli iclası keçiriləcək.
Bizim.Media TBMM-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 18-19-da baş tutacaq iclas Türkiyə parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıçın dəvəti ilə təşkil edilib.
İclasda bir sıra regional məsələlər, üçtərəfli əlaqələr müzakirə ediləcək.
Bizim.Media