Ermənistan Qarabağda əsir və girov düşən şəxslərin geri qaytarılması prosesində "hamının hamıya" prinsipinin tətbiq edilməsinə razılıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşündə deyib.
O, əsirlərin geri qaytarılması üçün yeni mexanizmlər yaratmağı təklif edib:
"Əsirlərin heç bir şərt irəli sürülmədən dərhal qaytarılması üzrə bir mexanizm yaradılması təklif olunur", -deyə Avinyan qeyd edib.
Baş nazirin müavini deyib ki, əsirlərin geri qaytarılması, itkin düşənlərin və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələlər Ermənistan hökumətinin gündəmindədir və prosesi sürətləndirmək üçün hər şey edilir.
Bizim.Media