Ermənistanın keçmiş prezidenti Robert Köçəryan keçmiş yüksək rütbəli hərbçilərlə görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “news.am” saytında yer alıb.
Mənbə yazır ki, eks-prezidentlə görüşdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, polkovnik Mikael Ambarçumyan, eləcə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavinləri - general-leytenantlar Hrant Episkoposyan və Vrej Arzumanyan iştirak ediblər.
Qeyd olunur ki, görüş zamanı təhlükəsizlik məsələlərini, ölkədəki mənəvi və psixoloji atmosferi müzakirə ediblər.
Bizim.Media