Ermənistan İrandakı səfirini geri çağırıb.
Bizim.Media “Qafqaz bürosu” Telegram kanalına istinadən xəbər verir ki, Artaşes Tumanyan 2015-ci ildən Ermənistanın İrandakı diplomatik missiyasına rəhbərlik edib.
Erməni mətbuatı yazır ki, İran tərəfi onun işindən narazı qalıb.
Paşinyan hakimiyyəti isə onu ölkənin xarici işlər nazirinin müavini təyin etmək istəyir.
Bizim.Media