“Bu ilin altı ayı ərzində Ermənistandan birbaşa investisiyalarını geri çəkən ölkələr var”.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “aysor.am” saytı Ermənistan Statistika Komitəsinə istinadən yayıb.
Mənbə yazır ki, Fransanın Ermənistandan ixrac etdiyi kapital 5 milyard 15 milyon dram olub:
“İtaliya və Rusiya birbaşa investisiyalarını kəsib. Gürcüstan da Ermənistandan 4,5 milyon dram məbləğində kapitalını çıxarıb”.
"Joxovurd" qəzeti yazır ki, ötən il Rusiyanın Ermənistandan çəkdiyi birbaşa investisiyaların həcmi 9 milyard 379 milyon dram olub.
Bizim.Media