Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Armenia” nəşri yayıb.
Mənbə yazır ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Tərəflər üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanatların həyata keçirilməsini, bölgədə sabitliyin möhkəmləndirilməsini, ikitərəfli əlaqələrin inkişaf etdirilməsini və Avrasiya məkanında inteqrasiya birliklərində qarşılıqlı əlaqəni müzakirə edəcəklər.
Bizim.Media