Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar formatı açıqlanıb.
Bizim.Media “ru.yerevan.today” saytına istinadən xəbər verir ki, informasiyanı jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Baş nazir Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri çərçivəsində Rusiya-Ermənistan münasibətləri müzakirə ediləcək. Öncə liderlər söhbət edəcəklər, sonra nahar süfrəsi ətrafında oturacaqlar”, Kremlin sözçüsü əlavə edib.
Bizim.Media