Moskvada Ermənistan və Rusiya müdafiə nazirləri Arşak Karapetyan və Sergey Şoyqu arasında görüş keçirilib.
Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bu haqda informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Mənbə bildirir ki, Karapetyan və Şoyqu Ermənistanın Rusiya ilə müdafiə sahəsində əməkdaşlığını, Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti və bir sıra regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bizim.Media