“Nikol kimi anti-erməni xarakteri ola bilsin ki, hətta Osmanlı İmperiyasında da olmayıb”.
Bizim.Media “ru.yerevan.today” saytına istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin keçmiş müavini, Respublika partiyasının üzvü Artak Zakaryan özünün Facebook səhifəsində yazıb.
"Erməni silahlı qüvvələri faktorunu ortadan qaldırdıqdan, “Artsax”ın bütün cənubunu düşmənə təhvil verdikdən sonra, indi Zəngəzuru Türkiyə, İran, Pakistan, Hindistan, Çin, Azərbaycan və Rusiya maraqları arasında bir fikir ayrılığı “meydanına” çevirir.
Bu gün İranın yüksək rütbəli məmurları təslim olan Nikol rejimindən Zəngəzurun toxunulmazlığı məsələsində daha radikaldır.
Türklərin (azərbaycanlıları nəzərdə tutur) Qara gölün ərazisinə niyə daxil olduqları və oradan ayrılmadıqları indi tam aydınlaşır ”, deyə Zakaryan qeyd edib.
Bizim.Media