Ermənistan Baş nazirinin müavini Rusiyaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, Baş nazirin müavini Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti "Rusiya Enerji Həftəsi" beynəlxalq forumunda iştirak edəcək.
Qeyd edək ki, Ermənistan mediası səfər zamanı Suren Papikyanın rusiyalı rəsmilərlə bir sıra müzakirələr aparacağını yazıb.
Qeyd edək ki, sözügedən forum 13-15 oktyabr tarixlərində baş tutacaq.
Bizim.Media