İranda məişət avadanlıqlarının qiymətində kəskin bahalaşma müşahidə edilir.
Bizim.Media xəbər verir ki, ən çox bahalaşan isə soyuducudur.
Belə ki, hazırda Tehranın məişət avadanlıqlarının satışı ilə məşğul olan ticarət mərkəzlərində bir soyuducunun qiyməti 140 milyon tümənə qədər yüksəlib.
Qiymət artımının səbəbi bir neçə gün öncə İranın ali dini rəhbəri Əli Xameneinin Cənubi Koreya istehsalı olan məişət texnikasının ölkəyə gətirilməsinə qoyduğu qadağadır.
Bizim.Media