Gürcüstanın şərqində yerləşən və azərbaycanlıların yaşadığı Muğanlı kəndinin sakinləri Saakaşvili üçün quzu kəsiblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.
Mənbə yazır ki, onlar bununla Saakaşvilidən aclıq aksiyasına son qoymasını xahiş ediblər.
Azərbaycanlılar həbsxana binasına ət, bal, meyvə və digər qida məhsulları gətiriblər. Onlar, həmçinin keçmiş prezidentin sərbəst buraxılmasını tələb ediblər.
Bizim.Media
