Ermənistan vətəndaşı Azərbaycanla sərhəddə minaya düşüb.
Bizim.Media “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, hadisə şənbə günü axşam saatlarında Ermənistanın Tavuş vilayətinin Çinari kəndi (Tovuz rayonu ilə həmsərhəd) yaxınlığında baş verib.
Minaya düşən 30 yaşlı Niver Makaryan hərbi hospitala aparılıb.
Həmin ərazinin Ermənistan ordusu tərəfindən minalandığı bildirilib.
Bizim.Media