Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı həbsxananın qarşısında etiraz aksiyası keçirilib.
Bizim.Media “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, etirazçılar və polis arasında insident zamanı 4 nəfər saxlanılıb.
Qeyd edək ki, aksiya iştirakçıları Saakaşvilinin saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasının divarlarına “Mişaya azadlıq” yazmaq istədikdə polislə qarşıdurma başlayıb.
Qeyd olunur ki, saxlanılanlardan biri “Vahid Milli Hərəkat” partiyasının üzvü Zviad Kupravadır.
Bizim.Media