ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 4 ildən sonra yenidən prezident seçkilərinə qatılmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Poliitico” nəşri yazıb.
Tramp tərəfdarlarına builki seçkilərin yekunlarına əsasən vəzifədə qalmayacağı təqdirdə, 2024-cü il seçkilərində namizədliyini verəcəyinə eyham vurub:
"Çox gözəl bir dörd il oldu. Daha dörd il qalmağa çalışırıq. Olmasa, dörd ildən sonra görüşəcəyik".
Bundan əvvəl, Trampın 2024-cü ildə yenidən prezident vəsifəsinə namizədliyini irəli sürmək niyyəti medianın da gündəmində olub.
“New York Times” qəzeti 2020-ci ildə rəqibi Co Baydenin qələbəsi təsdiqlənən kimi Trampın 2024-cü il seçkilərinə namizədliyini elan edə biləcəyini yazıb.
Bizim.Media