Gürcüstanın paytaxtı Tiflis şəhərində çoxmərtəbəli binada silsilə partlayışlar qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.
İndiyə qədər bir nəfərin zərər çəkdiyi deyilir.
Təcili Yardım Xidmətindən “Sputnik Georgia”ya verilən məlumata görə, partlayışlar qaz sızması nəticəsində baş verib. Sonra evdə yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Bizim.Media