İlk insan altı ildən sonra Marsa çatdırıla bilər.
Bizim.Media-nın “TASS”a istinadla verdiyi məlumata görə, bu barədə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask deyib.
“İnsanlar Marsa düşmək imkanı nə vaxt əldə edəcəklər” sualına Mask “Mən əminəm ki, bu andan altı il sonra”cavabını verib.
O, həmçinin qeyd edib ki, əlverişli şəraitdə ilk insan artıq dörd ildən sonra Marsa çata biləcək.
“Biz iki ildən sonra ora komandasız gəmi göndərməyə çalışacağıq”, - deyə Mask əlavə edib.
Bizim.Media