İrəvanın mərkəzi hissəsində növbəti etiraz aksiyası başlayıb.
Bizim.Media "Sputnik-Ermənistan"a istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər, paytaxtın Maştosa prospekti daxil olmaqla ilə mərkəzi küçələrini bağlayıblar.
Onlar trolleybusu saxladaraq içərisinə daxil olub pirotexniki vasitələr yandırıb, Ermənistan bayrağı qaldırıblar.
Həmçinin "Nikol-xain”", "Nikol, get!" şüarları səsləndiriblər.
Eetirazçıları polis əməkdaşlrı tərəfindən trolleybusdan endirilərək saxlanılıblar. İlkin məlumata görə, 40-a yaxın insan saxlanılıb.
Bizim.Media