Gürcüstanda tutulan və hazırda Rustavi həbsxanasında saxlanılan sabiq prezident Mixail Saakaşvili Ukraynaya ekstradisiya edilməsinə razılıq verib.
Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, bu haqda informasiyanı “Xalqın Xidmətçisi” fraksiyasından Ali Radanın deputatı, ukraynalı siyasətçi, Mixail Saakaşvilinin yeni həyat yoldaşı Yelizaveta Yasko yayıb.
Onun sözlərinə görə, Saakaşvili ekstradisiya ediləcəyi təqdirdə rəsmi Tbilisi qarşısında şərt qoyub:
“Mənə qarşı irəli sürülən bütün ittihamlar ləğv edilsin”.
Bizim.Media