Sahil Babayev BMT-nın Azərbaycana yeni təyin olunan rezident əlaqələndiricisi ilə görüşdü - FOTO

"Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində aparılan islahatlarda BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm verilir.

Son illərdə mühüm istiqamətlərdə yeni müştərək layihələr əsasında fəal və səmərəli əməkdaşlıq təcrübəsi formalaşıb."

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycanda yeni təyin olunan rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşündə vurğulayıb. V.Andreyevanı yeni təyinatı münasibətilə təbrik edən nazir ona fəaliyyətində uğurlar arzulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayev: "Əlilliyi olan 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib"


S.Babayev Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, dövlət sosial xidmətləri sahəsində uğurlu innovativ yenilik olan DOST konsepsiyası barədə məlumat verib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının Azərbaycan üçün xüsusi əhəmiyyətini vurğulayan nazir bu məqsədlərin həyata keçirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsini qeyd edib.

O, BMT-nin İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihələrini diqqətə çatdırıb.
 

BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə müştərək həyata keçirilən, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması üzrə layihənin əhəmiyyətini vurğulayıb.


BMT-nin Əhali Fondu ilə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin, əhali proqnozlarının hazırlanması işlərinin faydalı olduğunu deyib.

Uşaqlara qayğı və övladlığagötürmə sisteminin inkişafı sahəsində UNİCEF-lə mühüm istiqamətləri əhatə edən əməkdaşlıq gündəliyindən bəhs edən S.Babayev ümumilikdə BMT qurumları ilə əlaqələrin ildən-ilə genişləndiyini bildirib.
 

V.Andreyeva ölkəmizdə sosial sahədə aparılan islahatlarda, sosial cəhətdən həssas qruplara dəstək işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın daim inkişaf etməkdə olmasının məmnunluq doğurduğunu vurğulayıb.


Görüş gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva "Axar Yaddaş" sərgisindən paylaşım etdi – VİDEO

Leyla Əliyeva "Axar Yaddaş" sərgisindən paylaşım etdi – VİDEO

Müğənniyə efirdə atası ilə bağlı bəd xəbər VERDİLƏR - VİDEO

Müğənniyə efirdə atası ilə bağlı bəd xəbər VERDİLƏR - VİDEO

Kiberpolis əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO

Kiberpolis əməliyyat keçirdi: Saxlanılanlar var – VİDEO

Ülviyyə Bəbirova: “Mahnı Teatrı yeniliklər vəd edir, qarşıda bir çox planlar var” – MÜSAHİBƏ

Ülviyyə Bəbirova: “Mahnı Teatrı yeniliklər vəd edir, qarşıda bir çox planlar var” – MÜSAHİBƏ

Putinlə Uitkoffun görüşü 5 saatdan sonra başlayacaq – PESKOV

Putinlə Uitkoffun görüşü 5 saatdan sonra başlayacaq – PESKOV

Arda Turan rəqib məşqçiyə hücum çəkdi: “Peşman deyiləm” – VİDEO

Arda Turan rəqib məşqçiyə hücum çəkdi: “Peşman deyiləm” – VİDEO

Noyabrda uşaqlara ən çox qoyulan ADLAR

Noyabrda uşaqlara ən çox qoyulan ADLAR

“Atletiko” bu futbolçunu satmağa HAZIRLAŞIR

“Atletiko” bu futbolçunu satmağa HAZIRLAŞIR

Aeroport yolundakı ağır qəzanın ANBAAN VİDEOSU

Aeroport yolundakı ağır qəzanın ANBAAN VİDEOSU

İlkin Həsəni ilə Elşad Xose arasında qalmaqal – VİDEO

İlkin Həsəni ilə Elşad Xose arasında qalmaqal – VİDEO

Deputatdan televiziyalarla bağlı TƏKLİF – “Bu güzəştlər edilə bilər”

Deputatdan televiziyalarla bağlı TƏKLİF – “Bu güzəştlər edilə bilər”

Ömürlük həbsə məhkum edilən şəxsin cəzası dəyişdirildi

Ömürlük həbsə məhkum edilən şəxsin cəzası dəyişdirildi

Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi HƏBS OLUNDU

Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi HƏBS OLUNDU

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

“Qalatasaray” futbolçusuna alışqan atan azarkeş TUTULDU - VİDEO

“Qalatasaray” futbolçusuna alışqan atan azarkeş TUTULDU - VİDEO

Alimlər yaddaşı 42 dəqiqəyə yaxşılaşdırmağın yolunu TAPDI

Alimlər yaddaşı 42 dəqiqəyə yaxşılaşdırmağın yolunu TAPDI

Paşinyandan revanşistlərə SARSIDICI ZƏRBƏ – II Qaregin üçün “əcəl zəngləri” ÇALINIR

Paşinyandan revanşistlərə SARSIDICI ZƏRBƏ – II Qaregin üçün “əcəl zəngləri” ÇALINIR

Sərnişinlərə ŞAD XƏBƏR! AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yeniləndi

Sərnişinlərə ŞAD XƏBƏR! AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yeniləndi

Siyavuş Novruzov: “Kim dövlətimizə əl uzatsa, cəzası ağır olacaq”

Siyavuş Novruzov: “Kim dövlətimizə əl uzatsa, cəzası ağır olacaq”

3 uşaq anası başqa kişi ilə Bakıya qaçdı, əri 20 bıçaq zərbəsi ilə öldürdü - Qətlin TƏFƏRRÜATI

3 uşaq anası başqa kişi ilə Bakıya qaçdı, əri 20 bıçaq zərbəsi ilə öldürdü - Qətlin TƏFƏRRÜATI

Selçuk Bayraktarın yaratdığı şirkətin daha bir UĞURU – Peyk orbitə çıxdı - VİDEO

Selçuk Bayraktarın yaratdığı şirkətin daha bir UĞURU – Peyk orbitə çıxdı - VİDEO

Polietilen torbalar BAHALAŞDI – YENİ QİYMƏTLƏR – FOTOFAKT

Polietilen torbalar BAHALAŞDI – YENİ QİYMƏTLƏR – FOTOFAKT

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan tankerə Türkiyə sahillərində zərbə endirildi

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan tankerə Türkiyə sahillərində zərbə endirildi

Ukraynanın bu şəhərində Rusiya bayrağı qaldırıldı – VİDEO

Ukraynanın bu şəhərində Rusiya bayrağı qaldırıldı – VİDEO

End of content

No more pages to load

RADİO