Brüssel polisi Belçikanın koronavirusla təcridetmə tədbirlərini pozan barın zirzəmisində təşkil edilən gecə əyləncəsinin qarşısını alıb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, gecə klubunda karantin qaydalarına tabe olmayan Avropa Parlamentinin üzvü və bir neçə diplomat da olub.
Prokurorluğun verdiyi məlumata görə, yığıncağa 25 nəfər qatılıb. Polis əraziyə gələndə barda olan Avropa Parlamentinin deputatı qaçmağa cəhd göstərib, lakin buna müvəffəq olmayıb. O, saxlanaraq dindirilib.
Qanunu pozanların şəxsiyyəti barədə məlumat verilmir. Bütün bu şəxslərin koronavirusla mübarizə tədbirlərini pozduqları üçün cərimə olunduğu bildirilir.
Bizim.Media