Gürcüstanda Saakaşvilinin azad edilməsi üçün imzaların toplanmasına başlanılıb.
Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müxalif "Qanun və Ədalət" partiyasının lideri Tako Çarkviani bildirib.
Mənbə yazır ki, bundan əvvəl o, "keçmiş prezident Mixail Saakaşvilinin geri dönməsi üçün" xalq hərəkatı yaratmışdı. Nəticədə Saakaşvilinin özü geri qayıdıb və həbs olunub.
"Hökumətin təsəvvür edə biləcəyindən daha çox olduğumuzu sübut edəcəyik" deyə Çarkviani indiki hakimiyyəti təhdid edib.
Bizim.Media