Oktyabrın 2-də Gürcüstanda keçirilən seçkilərdə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qalib gəlib.
Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, bunu bazar ertəsi günü MSK-nın yaydığı məlumatlar sübut edir.
“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası 46,69 faiz səs toplayıb. İkinci yerdə 30.7 faiz səslə keçmiş prezident Mixail Saakaşvilinin müxalifət partiyası - Vahid Milli Hərəkat (VMH) gəlir. Ölkənin keçmiş baş naziri Giorgi Qaxariyanın "Qaxariya - Gürcüstan üçün" partiyası 7,8 faiz toplayıb.
Gürcüstanın beş böyük şəhərində namizədlərdən heç biri birinci turda qalib gəlməyib. Bu baxımdan ikinci turun keçirilməsi gözlənilir.
“Gürcü Arzusu” partiyasından hazırkı Tbilisi meri Kaxa Kaladze 45.04, VMH-nin namizədi Nika Melia 33.96 faiz səs toplayıb. İkinci turun təxminən iki həftə ərzində olacağı deyilir.
Bizim.Media