Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Moskvaya səfərə gedir.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, səfərin detalları barədə mətbuata açıqlama verilməyib.
Belə ki, MTX rəhbərinin kimlərlə görüşəcəyi, hansı məsələləri müzakirə edəcəyi məlum deyil.
Xatırladaq ki, Abazyan 8 noyabrda MTX direktoru təyin edilib. O, bu vəzifədə Arqişti Kyarmyanı əvəz edib. Bundan əvvəl isə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini icra edib.
Bizim.Media