Bizim.Media xəbər verir ki, Levon Ter-Petrosyanın keçmiş müşaviri Jirayr Liparityan BBC-yə müsahibəsində bildirib ki, son 25 ildə erməni tərəfinin məntiqini heç cürə anlamadım. Onlar ölkəni sürətlə dalana dirədilər, Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalmaqla özünü məhv etdi:
“Keçmiş president Ter-Petrosyanın komandası sülh müqabilində əksər rayonları geri qaytarmaq və status məsələsini sonraya buraxmaq üçün bir fürsət yaratmaq istəyirdi. Növbəti prezidentlərin dövründə isə ərazilərin geri qaytarılmasının yalnız status müqabilində - yəni Qarabağın Azərbaycan tərəfindən müstəqilliyinin tanınması və ya heç olmasa referendum kimi müstəqilliyə aparan bir yol ola biləcəyinə qərar verdilər”.
Liparityan qeyd edir ki, Paşinyan hakimiyyəti isə status məsələsini daha önəmli hesab etdi və bununla da sürətlə fəlakətə yuvarlandı:
“O, status müəyyən olunandan sonra Azərbaycanla danışıqları aparmaq qənaətində idi. Bunun üçün müharibə lazımdırsa, müharibə olacaq və biz qazanacağıq deyilirdi. Bütün bunlar Ermənistan hakimiyyətinin bağışlanılmaz səhvləri idi”.
Bizim.Media