Gürcüstan Ukraynaya yeni səfir təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiyanın "Vzqlyad" qəzeti ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayıb.
İnformasiya oktyabrın 4-nə keçən gecə tirajlanıb.
İki il əvvəl təyin olunan əvvəlki səfir Teymuraz Şaraşenidze sentyabrın 1-də geri çağırılıb. Onun XİN-də hansısa vəzifədə işləyəcəyi deyilir.
Xarici İşlər Nazirliyində siyasi departamentin direktoru Giorgi Zakaraşvili yeni səfir təyin edilib. Bundan əvvəl Zakaraşvili İsveçrənin Moskvadakı Səfirliyinin Gürcüstanın maraqları bölməsində də çalışıb.
Bizim.Media