Ermənistanda xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən müddətli hərbi qulluqçular saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Armenia" informasiya yayıb.
Respublika İstintaq Komitəsinin məlumatına əsasən A.O. və V.V məzuniyyətləri başa çatdıqdan sonra xidmət etdikləri hərbi hissəyə geri dönməyiblər.
Oktyabrın 1-də başlanan cinayət işi çərçivəsində A.O. və V.V. saxlanılıb. İstintaq davam edir.
Bizim.Media