Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Marneuli rayonuna əlavə polis qüvvələri göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
DİN-ə məxsus pikap karvanı Tbilisi-Marneuli yolunda görünüb. Marneuliyə əlavə polis qüvvələri rayonda səsvermə günü vəziyyətin gərginləşməsinə yol verməmək üçün cəlb edilib.
Bu gün səhərdən Marneulinin bəzi seçki məntəqələrində insidentlər qeydə alınıb.
Bizim.Media