“Ermənistan Baş naziri Nikol Paşinyan İlham Əliyevlə görüşə hazırdır".
Bizim.Media “sputnikarmenia”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan deyib.
Belə ki, Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, prezident İlham Əliyevlə ən yüksək səviyyədə görüşməyə və məsələləri müzakirə etməyə hazır olduğumuzu artıq bildirmişik.
"Hazırlığımız daha əvvəl idi. Ümid edirik ki, ATƏT -in Minsk Qrupu çərçivəsində müzakirələr aparılacaq və görüş yaxın gələcəkdə baş tuta bilər", - deyə Qriqoryan qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də “France 24” -ə müsahibəsində ATƏT -in Minsk Qrupu çərçivəsində Paşinyanla görüşə etiraz etmədiyini demişdi.
Bizim.Media