“Rəsmi nəticələr açıqlanmazdan əvvəl ABŞ seçkilərinin beynəlxalq münasibətlər üçün nəticələrini müzakirə etmək tezdir. Bu, bizim prinsipial mövqeyimizdir”.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib.
Rusiyalı nazir bildirib ki, Atlantikanın o tərəfində baş verənlər diqqətlə izlənilir və hadisələrin hər cür gedişatına hazırıq:
“Lakin bununla belə, proqnoz vermək və xüsusilə də hazırkı mərhələdə bunu etmək çox da yaxşı fikir deyil”.
Lavrov deyib ki, Amerika xalqının istənilən qərarını qəbul edəcəyik və istənilən administrasiya ilə işləyəcəyik.
“Əlbəttə ki, bu yalnız dürüstlük, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında olacaq”.
Bizim.Media