BƏƏ Liviyanın cəzalandırılmasını istəyir

Neft hasilatında mübahisələr çözülmür, "OPEC+" nazirlərinin görüşü təxirə salındı.
Dünya neft bazarlarında yaranmış vəziyyəti sadəcə bu üç fikirlə formalaşdırmaq olar.
Dekabrın 1-də keçirilməsi planlaşdırılan "OPEC+" (OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft hasilatının azaldılması üzrə təşəbbüs) ölkələrinin nazirlər toplantısı təxirə salınıb.

Bizim.Media bu barədə TASS mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, görüş 3 dekabr tarixində, Bakı vaxtı ilə saat 17:00-da video-konfrans formatında keçiriləcək. İclasdan əvvəlki vaxt isə qeyri-rəsmi məsləhətləşmələr üçün istifadə ediləcək.

Qeyd edək ki, bundan əvvəl "OPEC+" ölkələri 2021-ci ilin ilk aylarında neft hasilatının hansı həcmdə azaldılması barədə bir fikir birliyinə gələ bilməmişdi. 

Bu dəfəki iclasda isə neft hasilatı ilə məşğul olan ölkələrin bəzilərinin tələbi ilə istehsalın 2 mln. barel artırılması müzakirə edilməli idi.

Neft-qaz üzrə ekspert İlham Şabanın deməsinə görə, bu məntiqdən kifayət qədər uzaqdır. Çünki hazırda neft qiymətlərinin düşdüyü şəraitdə bel bir addımın atılması qiymətlərin bir daha kəskin düşməsi ilə nəticələnə bilər:

“Neft məhsullarına təlabat pandemiyaya görə, xeyli aşağı düşüb. Hazırda dünyanın bir çox neft emalı müəssisələri tam gücü ilə işləmir. Belə bir şəraitdə neft istehsalının artırılması ağılabatan görünmür. Çox güman artım məsələsinin müzakirəsi 2021-ci ilin yaz aylarına qədər ertələnəcək”.

Ekspertin fikrincə, iclasda BƏƏ-nin Liviya ilə bağlı qaldırdığı məsələ də əsas müzakirə mövzusu ola bilər. Çünki, BƏƏ OPEC+ alyansından çıxmaq haqda məsələ qaldırıb:

“Liviyanın kvota qaydalarına riayyət etməməsi BƏƏ-nin sinirlərini oynadıb. Ona görə də OPEC+ alyansına daxil olan əsas hasilatçı ölkələrin bu dəfəki qayğılarında əmirliklərin könlünü almaq məsələsi də yer tutacaq. Liviya özünə haqq qazandırır ki, müharibədən sonra köçmüş iqtisadiyyatını dirçəltmək üçün kvotasız hasilatla məşğul olmağa məcburdur''.

''Əslində bəzi maraqlı ölkələrə də onun ucuz neftini almaq sərf edir. Amma neft bazarı böhran yaşayır. Bir tərəfdən COVİD-19 pandemiyası, bir tərəfdən ipə-sapa yatmaq istəməyən Liviya. O baxımdan maraqlı müzakirələrin olacağı gözləniləndir”.

İlham Şaban sonda onu da vurğuladı ki, çox güman, müzakirələrin son qərarını, hasilatda artım məsələsi daxil, yaz aylarına qədər uzadacaqlar. 

Xatırladaq ki, bu ilin aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barelə, iyul-dekabrda 7,7 mln. barelə, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barelə qədər azaldılmasını nəzərdə tuturdu.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manaf GİLEYLƏNDİ: “Təyyarədə borclarım yadıma düşür” - VİDEO

Manaf GİLEYLƏNDİ: “Təyyarədə borclarım yadıma düşür” - VİDEO

İsrail Xan Yunisə ZƏRBƏLƏR ENDİRİB - VİDEO

İsrail Xan Yunisə ZƏRBƏLƏR ENDİRİB - VİDEO

Əlikram canlı yayımda mahnısını 500 manata SATDI - VİDEO

Əlikram canlı yayımda mahnısını 500 manata SATDI - VİDEO

Yamal bu göstərici ilə La Liqanın ƏN YAXŞI oyunçusu oldu

Yamal bu göstərici ilə La Liqanın ƏN YAXŞI oyunçusu oldu

Dekabrın Tam Ayı 3 bürcə gözlənilməz pul gətirəcək: Siyahıda kim var?

Dekabrın Tam Ayı 3 bürcə gözlənilməz pul gətirəcək: Siyahıda kim var?

Yunan futbolçu nəhəng klubların HƏDƏFİNDƏ

Yunan futbolçu nəhəng klubların HƏDƏFİNDƏ

Namiq mərhum meyxanaçının məzarından VİDEO paylaşdı

Namiq mərhum meyxanaçının məzarından VİDEO paylaşdı

Yeni il süfrəsinin ən zərərli QİDALARI

Yeni il süfrəsinin ən zərərli QİDALARI

“Qarabağ” böyükhesablı qələbə ilə mərhələ adladı - VİDEO

“Qarabağ” böyükhesablı qələbə ilə mərhələ adladı - VİDEO

Torpaq sahəsinə görə dava düşdü, qohumunu bıçaqladı - Göyçaydakı cinayətin TƏFƏRRÜATI

Torpaq sahəsinə görə dava düşdü, qohumunu bıçaqladı - Göyçaydakı cinayətin TƏFƏRRÜATI

Moskvadan Taylanda uçan təyyarənin mühərriki yandı - FOTO

Moskvadan Taylanda uçan təyyarənin mühərriki yandı - FOTO

“Arsenal” da Kenan Yıldızı transfer etmək istəyir

“Arsenal” da Kenan Yıldızı transfer etmək istəyir

"Kanallar bizə qonorar ödəməlidir"

"Kanallar bizə qonorar ödəməlidir"

Rusiya Krivoy Roqa ballistik raket atdı - FOTO/VİDEO

Rusiya Krivoy Roqa ballistik raket atdı - FOTO/VİDEO

Bakıda restoran YANDI - YENİLƏNİB/VİDEO

Bakıda restoran YANDI - YENİLƏNİB/VİDEO

İtaliya Ukraynaya silah tədarükü üçün imzaladığı müqaviləni LƏĞV ETDİ

İtaliya Ukraynaya silah tədarükü üçün imzaladığı müqaviləni LƏĞV ETDİ

Vəkillər Kollegiyasının üzvü VƏFAT ETDİ

Vəkillər Kollegiyasının üzvü VƏFAT ETDİ

Bu futbolçu “Real”dan ayrılmaq istədiyini bildirdi

Bu futbolçu “Real”dan ayrılmaq istədiyini bildirdi

Tovuzda 3 maşın toqquşdu, xəsarət alan var - FOTO/VİDEO

Tovuzda 3 maşın toqquşdu, xəsarət alan var - FOTO/VİDEO

Rumıniya hərbçiləri Qara dənizdə suüstü PUA zərərsizləşdiriblər - VİDEO

Rumıniya hərbçiləri Qara dənizdə suüstü PUA zərərsizləşdiriblər - VİDEO

Lalə Eltona CAVAB VERDİ: “Allah ona şəfa versin” - VİDEO

Lalə Eltona CAVAB VERDİ: “Allah ona şəfa versin” - VİDEO

Aİ Rusiyanı terrorizmi maliyyələşdirən ölkələrin siyahısına SALDI

Aİ Rusiyanı terrorizmi maliyyələşdirən ölkələrin siyahısına SALDI

İlin komandası adına namizədlər BƏLLİ OLDU

İlin komandası adına namizədlər BƏLLİ OLDU

Gəncədə QƏZA: Moped sürücüsü xəsarət aldı

Gəncədə QƏZA: Moped sürücüsü xəsarət aldı

End of content

No more pages to load

RADİO