Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyan saxlanılıb.
Bizim.Media xəbər verir ki, Ermənistan KİV-lərində S.Qalstyanın yararsız silah-sursatın satın alınması işi ilə bağlı saxlanıldığı yazılıb.
Polis onun evində axtarış aparıb.
Xatırladaq ki, ötən gün bu məsələ ilə bağlı sabiq müdafiə naziri David Tonoyan və iş adamı David Qalstyan saxlanılmışdı.
Bizim.Media