Sentyabrın 30-da keçirilən hökumət iclasında Qarabağdakı qondarma rejimə (“Artsax”) 13 milyard dram verilməsinə qərar verilib (27,5 milyon dollar).
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, vəsait oktyabr ayında “Artsax”ın büdcə xərclərini maliyyələşdirmək üçün nəzərdə tutulub.
"İyul ayında hökumət “Artsax”a yardım proqramları çərçivəsində 83 milyarddan çox dram ayrıldığını deyib", - qərarda deyilir.
Bizim.Media