İrəvan əsilli, İkinci Qarabağ müharibəsi veteranı Vladimir Vardanyan hərbi əməliyyatlar zamanı bir qolunu itirib.
Bizim.Media xəbər verir ki, BBC telekanalına verdiyi müsahibədə Vardanyan cəbhədə baş verənlərdən danışıb:
"Onları (azərbaycanlıları nəzərdə tutur) dayandırmaq mümkün deyildi. Şuşanı aldıqları üçün Xankəndinə giriş bir neçə dəqiqəlik idi”.
Vardanyan acı bir şəkildə etiraf edir:
"Üçlü bəyanat olmasa, Azərbaycan müharibəni davam etdirsəydi, heç kim müharibədən evə sağ dönməzdi".
Bizim.Media